AZE | RUS | ENG |

Xəqani Abdullayev: Ticarət sektorunda dövriyyə 22,1 faiz artıb

Xəqani Abdullayev: Ticarət sektorunda dövriyyə 22,1 faiz artıb
Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatının bir sıra sahələrində, konkret olaraq ticarət sektorunda dövriyyə 22,1 faiz, o cümlədən pərakəndə ticarətin dövriyyəsində 35,2 faiz, topdansatış ticarətin dövriyyəsində 13,4 faiz, ictimai iaşənin dövriyyəsində isə 25,7 faiz artım müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Vergilər nazirinin müşaviri Xəqani Abdullayev deyib.
Onun sözlərinə görə, bu prosesin ticarət sektorunda sürətlə getməsi xüsusilə vacibdir, çünki, böyük yayınmalar məhz bu sahədə özünü daha qabarıq göstərib: "Pərakəndə ticarətdə obyektlərin sayının dövr ərzində 7,5 faiz, iaşədə isə 4,8 faiz artması fonunda dövriyyələrin yüksək artım templəri onu göstərir ki, sahibkarlıq subyektləri daha çox dövriyyəni rəsmiləşdirirlər”,-deyə X.Abdullayev bildirib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966